AEL - "Qarabağ" matçının yeri dəyişdirildi -Konfrans Liqası
Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.
Sportfm.az xəbər verir ki, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq. Avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, AEL klubu Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik "Tsirion" stadionunda qəbul edir. "Şirlər"in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.
"AEK Arena" isə 7 400 nəfərlikdir. 2020/2021 mövsümündə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sini məhz bu stadionda qəbul edib. Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub - 6:5 (report).
Oxşar xəbərlər
“Neftçi”nin oyununun başlama vaxtı dəyişdirildi
"Sabah"ın ilk oyununun vaxtı dəyişdirildi - Konfrans Liqası
"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB
"Qarabağ" - "Molde" oyununun yeri açıqlandı
"Keşlə"nin Avroliqa oyununun başlama vaxtı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası