"Zədəli vəziyyətdə əli boş qayıtmadım" -İlham Zəkiyev
"Biz paralimpiadaya qalib ölkənin idmançıları kimi yollanmışdıq. Tokiodan medalsız qayıtmağa haqqımız yox idi".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıdakı qarşılanma zamanı deyib.
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə Britaniya təmsilçisi ilə qarşılaşdığını xatırladıb: "Həmin qarşılaşma ağır keçdi. Mənə qarşı yaxşı hazırlaşmışdı. Amma onu məğlub etdim. Daha sonra isə koreyalı paralimpiya çempionu ilə üz-üzə gəldim. Onun görüşümüz gərgin keçdi. Həmin vaxt sol ayağımın iki barmağı sındı, bunu biruzə vermədim. 8 dəqiqə güləşdik və nəticədə rəqib qalib gəldi. Daha sonra isə bürünc medal qazandım. Bu qələbəmi Prezident, Ali Baş Komandana şəhidlərimizə və qazilərimizə həsr edirəm. Yaşasın Azərbaycan".
Zəkiyev karyerasını bitirməyi düşünmədiyini sözlərinə əlavə edib: "Paris paralimpiadasına 3 il qalıb. Zədələrimi tam müalicə etdikdən sonra məşqlərə qoşulacağam. Dirsəyimdə də zədə var idi. Sadəcə, xoşlamıram ki, yarışdan əvvəl zədəli olduğumu deyim. Sonra bəziləri dəyəcək ki, bəhanə edir. 1 il 3 ay zədə səbəbindən tatamidən kənarda qaldım. Bu vəziyyətdə getdim və əli boş qayıtmadım".
Oxşar xəbərlər
İlham Zəkiyev gümüş medal qazandı - Avropa paralimpiya çempionatı
Azərbaycan 7-ci sırada - Tokio-2020
Barmağı qırılan bürünc medalçı - FOTO
Paracüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020
"Üçrəngli bayrağımızı zirvələrdə saxlayacağıq" - İlham Zəkiyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası