reklam
Son qadın güləşçimiz də uduzdu -
Sportfm.az xəbər saytı

Son qadın güləşçimiz də uduzdu -Dünya çempionatı


Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib. O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.

Azərbaycanın daha iki güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.

Oxşar xəbərlər

Sonuncu qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
"Azərbaycanlı" Alyona medal qazana bilmədi - Uğursuzluq
Son qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər