reklam
Son qadın güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Son qadın güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı


Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edəcək. Onun rəqibi belaruslu Kristina Sazıkina olacaq. Qələbə qazanacaq güləşçi növbəti mərhələdə Ebru Dağbaşı (Türkiyə) / Maya Qabriella Nelson (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.

Oxşar xəbərlər

Daha iki qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Sonuncu qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Son qadın güləşçimiz də uduzdu - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər