Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hollandiya klubu Şeydayevlə bağlı açıqlama verdi
"Trabzonspor”un şərəfini qoruyan millimizin hücumçusu Ramil Şeydayevin mövsümün ikinci yarısında Hollandiya Erediviziyasında çıxış edə biləciyini xəbər vermişdik. Sportfm.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yaymışdı.
Hollandiyanın "Qou Ehed İqlz” klubu Şeydayevi icarəyə götürəcəyiylə bağlı iddialara münasibət bildirib. "Soccernews.nl" nəşrinin yazdığına görə, klubun texniki direktoru Dennis Bekking 20 yaşlı hücumçu ilə maraqlanmadıqlarını deyib. O, Şeydayevə görə "Trabzonspor"la danışıqlar aparmadıqlarını bildirib.
"Trabzonspor”a ötən mövsümün əvvəlində transfer olunan Şeydayev "bordo-mavilər”in heyətində cəmi 3 oyunda şans qazanıb, 1 qol vurub.
"Qou Ehed İqlz” Erediviziyanın ilk 20 turundan sonra 13 xalla sonuncu, 18-ci pillədə yer alıb.
Oxşar xəbərlər
"Trabzonspor" Ramil Şeydayevlə bağlı qərar verdi
Türkiyə klubu yığmamızın üzvü ilə bağlı qərarını verdi
"Şeydayev futbol fəlsəfəmizə uyğundur" - "Jilina"nın baş məşqçisi
Şeydayev Rusiyaya qayıdır?
Ramil Şeydayev "Neftçi"yə gəlir? - İcraçı direktor açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası