Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Şeydayev futbol fəlsəfəmizə uyğundur" - "Jilina"nın baş məşqçisi
"Bildiyiniz kimi, Ramil "Trabzonspor”da oyun təcrübəsindən əziyyət çəkirdi. Bununla belə o, bir neçə klubun diqqət mərkəzində idi”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Slovakiyanın "Jilina” klubunun baş məşqçisi Adrian Qulya deyib.
O, klubun rəsmi saytına açıqlamasında millimizin hücumçusu Ramil Şeydayevin transferindən danışıb:
"Şeydayevlə bir müddətdir maraqlanırdıq. Gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik".
Xatırladaq ki, R.Şeydayev ötən yay "Zenit"dən "Trabzonspor"a transfer olunan Şeydayev "Jilina”da 2018-ci ilin iyun ayına qədər icarə əsasında çıxış edəcək.
Oxşar xəbərlər
Şeydayevin sabiq klubu fəaliyyətini dayandırdı
Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
Ramil Şeydayev "Trabzonspor"dan ayrıldı - RƏSMİ
Şeydayev də “Qarabağ”ın uğuruna biganə qalmadı
Türkiyə klubu yığmamızın üzvü ilə bağlı qərarını verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası