Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şeydayev Rusiyaya qayıdır?
Ötən ilin yayında "Zenit”dən "Trabzonspor”a keçən millimizin üzvü Ramil Şeydayev yenidən Rusiyaya qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Xəbərdə bu ölkənin Premyer Liqa təmsilçisi Tula "Arsenal”ının 20 yaşlı hücumçunun xidmətində maraqlı olduğu qeyd edilib. Türkiyə mətbuatında isə millimizin hücumçusunun adı açıqlanmayan Rusiya yüksək liqa klublarından birinə icarəyə veriləcəyi barədə xəbər yayılıb.
"Arsenal” Rusiya Premyer Liqasının cari mövsümündə 17 turdan sonra 12 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Şimal qonşumuzda transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.
Xatırladaq ki, Ramil "Trabzonspor”un heyətində cari mövsümdə cəmi 3 oyunda şans qazanıb, 1 qola imza atıb.
Oxşar xəbərlər
Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
Şeydayev “Trabzonspor”a qayıdacaqmı?
Türkiyə klubu yığmamızın üzvü ilə bağlı qərarını verdi
“Məncə, Ramil Şeydayev Azərbaycanı seçməyə peşman olub”
Hollandiya klubu Şeydayevlə bağlı açıqlama verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası