Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlandı -Avropa çempionatı
Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.
Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstan yığmasına qarşı keçirəcək.
Yanvarın 26-dakı qarşılaşmada rəqib İspaniya seçməsi olacaq. Milli komanda qrupdakı son oyununda isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək. Azərbaycan yığması ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.
Avropa çempionatı, final mərhələsi
D qrupu
22 yanvar
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina
26 yanvar
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan
29 yanvar
Azərbaycan - Bosniya və Herseqovina
Gürcüstan - İspaniya
Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi həlledici oyuna çıxır - Avropa çempionatı
Azərbaycanın millisi ilk oyunda məğlub oldu - Avropa çempionatı
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Yığmamızın yekun heyəti - Avropa çempionatı
Yığmamızın rəqibi heyətini açıqladı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası