Azərbaycanın millisi ilk oyunda məğlub oldu -Avropa çempionatı
Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub.
Bu qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Avropa çempionatı
D qrupu, I tur
22 yanvar
Gürcüstan - Azərbaycan - 3:2
Qol: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''
Baş hakim: Sedrik Pelisye (Fransa)
Qroningen. "Martini Plaza".
Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.
Oxşar xəbərlər
Bosniyanı ud və mübarizəni dayandır - Yığmamızın taleyi
Azərbaycan millisi həlledici oyuna çıxır - Avropa çempionatı
Azərbaycan millisi İspaniya ilə bərabərə qaldı - Avropa çempionatı
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası