"Zəfər turu"nda hansı yeniliklər olacaq -AÇIQLAMA
"Ötən il sentyabrın 27-dən Vətən müharibəsi ilə bağlı layihələrimiz olub. Bir neçə gün öncə də belə bir qərar verdik".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov Azərbaycan Premyer Liqasında X turun "Zəfər turu" elan edilməsi barədə danışarkən deyib.
PFL rəsmisi bildirib ki, bu məsələ ilə bağlı müəyyən dəyişikliklər nəzərdə tutulub: "Belə bir təcrübəmiz var idi. Ötən mövsümdə "YAŞAT turu" elan etmişdik. Klublarla danışıqlara başlamışıq. İstəyirik ki, növbəti turda vahid konsept edək və buna uyğun addım ataq. Sadəcə, tam dəqiqləşməyib. Hər 4 oyunda eyni ssenari üzrə açılış dəqiqələri olacaq. Klublar da məsələyə isti yanaşırlar. Onların da köməyilə Zəfər turunu layiqincə yerinə yetirəcəyik".
Qeyd edək ki, 8 noyabr- 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib. Premyer Liqanın X turu 6-7 noyabrda gerçəkləşəcək. (report)
Oxşar xəbərlər
"Səbail" "Turan Tovuz"la üz-üzə - "Zəfər turu"
12-ci tur “Zəfər turu”dur!
Azərbaycan Premyer Liqasında “Zəfər turu” keçiriləcək
Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriəcək
Premyer Liqada oyunlar təxirə salınacaq? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL














Misli Premyer Liqası