reklam
Emin Mahmudov
Sportfm.az xəbər saytı

Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! -Səbəb isə...


Futbol üzrə milli komandamızın və "Neftçi"nin kapitanı olan Emin Mahmudov hələ də klub ilə yeni müqavilə bağlamayıb. 

Sportfm.az saytının əldə etdiyi məlumata görə, yarımmüdafiəçinin flaqmanla müqavilə müddətini uzatmamasının əsas səbəbi komandanın ehtiyat oyunçular skamyasının güclü olmamasıdır. Bəli, məhz bu səbəbə görə, klub rəhbərliyi heyətə yeni güclü futbolçular qatmayacağı təqdirdə, Mahmudov "Neftçi"dən gedəcək. 

Eminin əsas istəyi güclü "Neftçi"nin olmasıdır. O "Neftçi"nin ki, çempionluq yolunda "Qarabağ"la və "Sabah"la mübarizə apara bilsin. Mahmudov karyerasında flaqmanla Avropada da uğur qazanmaq fikrindədi. Təbii ki, bütün bunları etmək üçün rəqabətə davamlı güclü heyət olmalıdı. 

Xatırlayırsızsa, bir müddət öncə "Neftçi"dən mövsüm sonunda 4 yeni transfer ediləcəyi ilə bağlı açıqlama gəlmişdi. Əgər bu deyilənlər gerçəkləşərsə və paytaxt təmsilçisi 4 yeni səviyyəli transfer edərsə, böyük ehtimalla Mahmudov komandada qalacaq. 

Oxşar xəbərlər

Emin Mahmudov “Neftçi”dən ayrılır - Azərbaycanda qalmaq istəmir
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma
Emin Mahmudov 148 yaşlı kluba gedir - Transfer
Emin Mahmudov Şotlandiyaya gedəcək - Xarici mətbuat
Mahmudov Qurbanova niyə "yox" deyib? - Bilinməyən "transfer"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər