Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakan Çalhanoğlu cəzasından danışdı
Türkiyə millisinin və "Bayer”in futbolçusu Hakan Çalhanoğlu futboldan 4 aylıq uzaqlaşdırılması ilə bağlı fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, "Trabzonspor"la imzalanan müqavilənin şərtlərinə əməl etmədiyi üçün cəzaya məruz qalan futbolçu bu işdə atasının səhvi olduğunu deyib: "17 yaşımda "Karlsrue"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmstadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Evə gəldi və "Hakan, bu müqaviləni imzalamalısan dedi". Atamın sözündən çıxa bilməzdim. Mənim də fikrimdə futboldan başqa bir şey yox idi. İndi atam baş verənlərə görə çox üzgündür. O, bundan sonra karyerama müdaxilə etməyəcək".
Qeyd edək ki, "Trabzonspor” oyunçunun cəzalandırılması üçün 2013-cü ildə FİFA-ya müraciət etmişdi.
Oxşar xəbərlər
Çalhanoğlu ərəblərin təklifini rədd etdi
Çalhanoğlu və Ünder heyətdən kənarlaşdırıldı - QƏRAR
“Trabzonspor” oyunçusunu icarəyə verdi
“Milan” türk futbolçunu istəyir
"Atletiko" türk yarımmüdafiəçini almaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası