Hakimi təhqir edən futbolçu cəzalandırıldı -AFFA
AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
Sportfm.az xəbər verir ki, 8-ci turun “Qaradağ Lökbatan” – MOİK oyununda matç bitdikdən sonra qonaqların futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığından 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.
“Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub.
“Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
Oxşar xəbərlər
AFFA klublarımızı cərimələdi - 4000 manat
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA
Divizion klublarının cəzaları açıqlandı
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
Divizion klublarının cəzası açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası