reklam
“Məncə, Ramil Şeydayev Azərbaycanı seçməyə peşman olub”
Sportfm.az xəbər saytı

“Məncə, Ramil Şeydayev Azərbaycanı seçməyə peşman olub”


"Zenit”in gənclər komandasının baş məşqçisi Boris Rapoport klubun yetirməsi olan Ramil Şeydayev haqda açıqlama verib.

Sportfm.az saytı "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, millimizin və "Trabzonspor”un hücumçusunun Tula "Arsenal” mümkün keçidi barədə danışıb:

"İndi Ramil Şeydayev legioner statusu daşıyır. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək. Ramil "Trabzonspor”da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu da məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula "Arsenal”ına kömək edə biləcək. Şeydayev bu komandaya lazımdır”.

Rapoport Ramil Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməyə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

"Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə "Zenit”də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır”.

Oxşar xəbərlər

Axır ki, Ramil Şeydayev qol vurdu - Türkiyə 1-ci Liqası
Ramil Şeydayev Türkiyəyə gəlir
"Şeydayev futbol fəlsəfəmizə uyğundur" - "Jilina"nın baş məşqçisi
Şeydayev Rusiyaya qayıdır?
Ramil Şeydayev ilk məşqinə çıxdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər