"Ronaldo başqa planetdən gəlib" -Kyeza
"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza "Mançester Yunayted"in superulduzu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, "Football Italia" onun söylədiklərini belə çatdırıb:
"Ronaldonun özünəinamı, intelllekti və bacarığı mənim üçün həmişə örnək olub. O, başqa planetdən gəlib. Kriştiano ilə birgə məşq etmək, necə çalışdığını canlı izləmək hər adama qismət olmur. Bəxtim gətirib ki, futbol tarixinin ən güclü futbolçularının biri ilə eyni komandada oynamışam".
Xatırladaq ki, Ronaldo "Yuventus"u bu ilin avqustunda "Mançester Yunayted"ə dəyişib. "Qırmızı şeytanlar" 36 yaşlı forvardı "qoca sinyora"dan 15 milyon avroya transfer edib.(fanat)
Oxşar xəbərlər
Ronaldonun oğlu “Mançester Yunayted”də - Müqavilə imzaladı
Ronaldo "Mançester Yunayted"ə qayıdacaq
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo haqqında daha bir iddia - transfer olunur
"Ronaldo bütün təriflərə layiqdir" - Ueyn Runi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası