Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Super Liqanın iki oyunu təxirə salındı
Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilib.
Sportfm.az xəbər verir ki, səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.
Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.
Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.
Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
"Azərreyl" qalib gələ biləcəkmi? - Azərbaycan çempionatı
Azərbaycan çempionatının oyunu təxirə salındı - Kütləvi yoluxma
UNEC klubu Voleybol Federasiyasına müraciət ünvanladı
Təxirə salınmış oyunların vaxtı bilindi - Super Liqa
Super Liqanın oyunları Qubada - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası