Azərbaycan çempionatının oyunu təxirə salındı -Kütləvi yoluxma
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan “Murov” – UNEC oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, buna qonaq komandanın heyətində bir neçə voleybolçunun xəstələnməsi səbəb olub.
Yaranmış vəziyyətlə bağlı federasiyaya müraciət ünvanlayan klub 8 oyunçunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyini və bir neçə gündür məşq etmədiyini əsas gətirərək, yanvarın 13-də təşkili nəzərdə tutulan qarşılaşmanın başqa tarixə təyin olunmasını xahiş edib. Müraciəti müsbət cavablandıran federasiya rəhbərliyi qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl” – “Abşeron” oyunu baş tutacaq. Həmin görüş saat 16:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatının oyunu təxirə salındı
Təxirə salınan oyunların başlama vaxtı - Yüksək Liqa
"Neftçi"nin oyunu təxirə salındı - Kütləvi yoluxma
UNEC klubu Voleybol Federasiyasına müraciət ünvanladı
Super Liqanın iki oyunu təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası