reklam
UNEC klubu Voleybol Federasiyasına müraciət ünvanladı
Sportfm.az xəbər saytı

UNEC klubu Voleybol Federasiyasına müraciət ünvanladı


UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Sportfm.az xəbər verir ki, müraciətdə bildirilir ki, komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir. "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun". Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək. Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan çempionatının oyunu təxirə salındı
Təxirə salınan oyunların başlama vaxtı - Yüksək Liqa
"Neftçi"nin oyunu təxirə salındı - Kütləvi yoluxma
Azərbaycan çempionatının oyunu təxirə salındı - Kütləvi yoluxma
Super Liqanın iki oyunu təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər