Məmmədyarov mübarizəni dayandırdı -"Airthings Masters"
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində daha 3 görüş keçirib.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIII turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 79-cu gedişdə rəqibini məğlub edib.
Növbəti raundda Karlsenlə qarşılaşan təcrübəli şahmatçı bu dəfə qara fiqurlarla mübarizə aparıb. Görüş 38-ci gedişdə dünya çempionunun xeyrinə başa çatıb.
Məmmədyarovun XV turdakı rəqibi isə özbəkistanlı Nodirbek Abdusattarov olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi 58-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, ilkin mərhələni 17 xalla 14-cü pillədə başa vuran Şəhriyar Məmmədyarov "8-liy"ə düşə bilmədiyi üçün turnirlə vidalaşıb.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı - FIDE Qran-prisi
Məmmədyarov Aronyanla bərabərə qaldı - "Airthings Masters"
Məmmədyarov liderlər qrupunda - Grand Chess Tour
Şəhriyar Aronyana qalib gəldi - Çempionlar Turu
Məmmədyarov Karlsenlə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası