Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cavad Tehranı coşdurdu -UĞUR
Azərbaycanın kişi taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq “Fajr Open” turnirində 2 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, yarışın son günündə 68 kq-da Cavad Ağayev və 87 kq-da Radik İsayev yalnız final döyüşlərində məğlub olaraq ikinci yeri tutublar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə yarışın ən yaxşı komanda rəhbəri adına layiq görülüb.
Daha əvvəl qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib çıxıblar.
Milli komanda martın 10-dan etibarən 4 gün davam edəcək G-2 kateqoriyalı “President Cup Asia” turnirində qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Payam Qobadi İsveçdə millimiz üçün medal qazandı
Taekvondoçularımız "Turkish Open"dən 6 medalla qayıdır
Taekvondoçularımız beynəlxalq turnirdə səkkiz medal qazandı - FOTO
Hərçəqani və Abakarova qalib oldular
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası