Bakıda Dünya Kuboku start götürür
Bu gün Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokuna start veriləcək.
Sportfm.az xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.
Aprelin 3-dək davam edəcək yarışın ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Dünya kubokunda Azərbaycanıi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev, Nikita Simovov (hər ikisi halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
Qeyd edək ki, 2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş yarışlardan sonra Bakıdakı Dünya Kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.
Oxşar xəbərlər
Gimnastlarımız dünya kubokunda iştirak edəcək
İdmançılarımız dünya kubokunda finala yüksəldi
Azərbaycan yığmasının heyəti açıqlandı - SİYAHI
Dünya kubokunda ölkəmizi 7 idmançı təmsil edəcək
Dünya kuboku yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası