reklam
Ruslar təzminat tələb edir -
Sportfm.az xəbər saytı

Ruslar təzminat tələb edir -Dünya çempionatına görə


Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Sportfm.az xəbər verir ki, ruslar ləğv edilmiş dünya çempionatına görə 80 milyon dollar məbləğində təzminat tələb edib.

Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxiləsinə görə 2022-ci il dünya çempionatını Rusiyada keçirməmək barədə qərar qəbul edib.

Dünya çempionatı 26 avqust-11 sentyabrda Rusiyanın10 şəhərində – Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Oxşar xəbərlər

FİFA-dan Rusiyaya “yaşıl işıq”
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi - Yarışlarada iştirak etməyəcəklər
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Amerikalı idmançı Rusiyada həbs olundu - OLAY
Dünya çempionatı Rusiyanın əlindən alındı - Savaşa görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər