reklam
Millimizin lideri Portuqaliyada -
Sportfm.az xəbər saytı

Millimizin lideri Portuqaliyada -FOTO


Aprelin 22-də Portuqaliyanın Matozinyuş şəhərində start götürəcək Karate1 Premyer Liqa turirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 3 gün davam edəcək yarışa 15 idmançı yollanıb.

Kişilərdən ibarət komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov yarışda Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlıya (hər iksi 84+ kq) üstünlük verib.

Qadınların baş məşqçisi Denis Morozov isə Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək. Beynəlxalq hakimlərdən Cahamgir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq.

Qeyd edək ki, turnirə 58 ölkədən 351 idmançı qatılacaq.

Oxşar xəbərlər

Karateçilərimiz Qahirəyə yollandı Premyer Liqa turniri
Millinin heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı - Beynəlxalq turnir
Karateçilərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar - Birillik fasilədən sonra

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər