Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"ın legionerləri üçün əlamətdar oyun -Premyer Liqa
Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Səbail”i 2:0 hesabıyla məğlub edib.
“ASCO Arena”da keçirilən matç bu komandanın futbolçuları Boyan Letiç və Lukas Rangel üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu “Sabah”da ilk qollarını vurublar.
Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.
Letiç “Səbail”lə oyunun 15-ci dəqiqəsində komandasını hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.
Oxşar xəbərlər
"Sabah"ın oyunçusu üçün əlamətdar oyun
“Sabah”ın futbolçuları üçün əlamətdar oyun
“Sabah”da yeni müqavilə – RƏSMİ
"Sabah" qalib gəldi - Azərbaycan Premyer Liqası
Braziliyalı üçün Bakıda əlamətdar qarşılaşma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası