Bakı İdman Sarayında "Qələbə" İdman Festivalı keçiriləcək
Festival Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub.
Sportfm.az xəbər verir ki, iyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbə" İdman Festivalı keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, "Qələbə" Ağır Atletika İdman Klubu və "Makkabi" Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivala bilet satışından əldə ediləcək gəlir “Yaşat” Fonduna köçürüləcək.
“Qələbə” İdman Festivalının proqramına ağır atletika, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxildir.
Oxşar xəbərlər
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
Şüvəlanda ağır atletika üzrə açıq turnirinə start verildi - Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Bakıda ağır atletika üzrə açıq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası