Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın "Azərsun Arena"da ilk məğlubiyyəti - VİDEO
Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun son matçı Suraxanıda baş tutub. "Qəbələ”yə məğlubiyyətdən sonra ilk pilləni əldən verən "Qarabağ” "İnter”i qəbul edib. "Köhlən atlar” bu gün Gəncədə xal itirən "Qəbələ"ni turnir cədvəlində geridə qoymaq üçün Zaur Svanadzenin yetirmələriylə oyundan 3 xalla ayrılmalıydı. Ancaq bu, Ağdam klubuna müyəssər omayıb. Belə ki, "Azərsun Arena"da keçirilən oyunda Zurab Xizanişvilinin yeganə qoluyla qələbə qazanan "İnter" "Qarabağ"ın zirvə arzularının üzərindən xətt çəkib. Bu, "Qarabağ"ın "Azərsun Arena"da ilk məğlubiyyətidi.
Qarabağ - İnter 0:1
Qol: Xizanişvili, 72.
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. "Azersun Arena”, 18:00
Qarabağ: 13. İbrahim Şehiç, 8. Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şəhruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 38. Famil Camalov, 44. Ağabala Ramazanov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 3. Denis Silva, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
Oxşar xəbərlər
"İnter" AZAL-ı bir top fərqi ilə yendi
Yeni lider "Qarabağ"
"Qəbələ" sensasiyaya imkan vermədi
Nizami Hacıyevin mükəmməl qolu "İnter"ə qələbə qazandırdı - VİDEO
"İnter" "Qarabağ"a qalib gəldi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası