Cüdoda daha bir uğur
Azərbaycanın cüdoçuları Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) üçüncü medalı qazanıb.
Sportfm.az xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Kərimli finalda niderlandlı Yohem Van Hartenlə qarşılaşıb. Rəqibinə "ippon"la uduzan idmançımız gümüş mükafatla kifayətlənib.
Beləliklə, cüdoçularımız ilk yarış gününü 3 medalla tamamlayıb. Daha əvvəl oğlanların 55 kq çəkisindəki Murad Əliyev və qızların 48 kq-sında yer alan Könül Əliyeva da gümüş medala sahib çıxıb.
Qeyd edək ki, EYOF-da cüdo yarışları iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda mübarizəsi baş tutacaq. Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
Azər Əliyev mükafatlandırıldı
İdmançımız yarımfinalda - EYOF
Slovakiyaya 12 cüdoçu ilə... Yay Olimpiya Festivalı
İlk gündə 3 medal - Böyük Dəbilqə
Macarıstanda daha bir medal qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası