reklam
Millimiz Türkmənistanla qarşılaşacaq
Sportfm.az xəbər saytı

Millimiz Türkmənistanla qarşılaşacaq


Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Sportfm.az xəbər verir ki, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib:

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (“Araz-Naxçıvan”), Zaur Sultanov (U-19);

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı “Neftçi” İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (“Baku Fire”).

Təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq.

Oxşar xəbərlər

Bir oyunda 17 qol vuruldu! - Yüksək Liqa
Millimiz Özbəkistanla qarşılaşacaq - Yoldaşlıq oyunu
Liderdən qələbə, "Neftçi" bərabərlik - I Divizion
Millimizin Avropa çempionatı üçün ilkin heyəti - SİYAHI
Millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər