Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Berti Foqts qovuldu
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb. Sportfm.az xəbər verir ki, buna Foqtsla birgə çalışmış komandanın baş məşqçisi və texniki direktoru Yurgen Klinsmanın istefaya göndərilməsi səbəb olub. Almaniyalı mütəxəssisə 2018-ci il dünya çempionatının startında ardıcıl 2 məğlubiyyət - Meskiyaya 1:2 və xüsusilə Kosta-Rikaya 0:4 hesablı məğlubiyyət bağışlanılmayıb. Klinsmann 2011-ci ilin iyulun 29-dan rəhbərlik etdiyi ABŞ yığması ilə DÇ-2014-də pley-offa, 2016-cı il Amerika Kubokunda yarımfinaladək irəliləyib. Berti Foqts 2014-cü ilin oktyabrında millimizlə yollarını ayırandan sonra keçmiş yetirməsinin yanına birdəfəlik məsləhətçi kimi yollanıb. Foqts 1996-cı ildə Almaniya millisini Avropa çempionu edəndə Klinsmann onun rəhbərliyi altında oynayıb.
Oxşar xəbərlər
Klinsmann istefaya göndərildi
Berti Foqts rekordçular arasında
"UEFA Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts
Berti Foqts millimizin hücumçusu barədə danışdı:"Qol duyumu yaxşıdır"
Berti Foqts Azərbaycana gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası