reklam
“Roma” Azərbaycan klubu ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

“Roma” Azərbaycan klubu ilə qarşılaşacaq


İtaliyanın Rieti şəhərində 17 yaşadək futbolçular arasında keçirilən Skopinyo kubokunda qrup mərhələsinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, Azərbaycanı beynəlxalq turnirdə təmsil edən “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandası C qrupunda İtaliyanın “Roma” və “Lodiciani 1927” komandasına rəqib olub.

A qrupu: “Fluminense” (Braziliya), “Fənərbağça” (Türkiyə), “Pol Kantalis” (İtaliya)

B qrupu: “İnter”, “Latsio”, “Ternana” (hamısı İtaliya)

C qrupu: “Roma”, “Lodiciani 1927” (hər ikisi İtaliya), “Neftçi” (Azərbaycan)

D qrupu: “Napoli”, “Salernitana”, “Napoli Yunayted” (hamısı İtaliya)

Bu gün start götürəcək turnir sentyabrın 2-də başa çatacaq.

 

Oxşar xəbərlər

"Neftçi" "Roma"ya uduzdu - Beynəlxalq turnir
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - "Qalatasaray" "Real"la eyni qrupda
Avroliqanın qrup mərhələsinin püşkü atıldı
Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
Çempionlar Liqasında gecənin nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər