"Fənərbaxça" azarkeşlərinə bəd xəbər -Derbini stadiondan izləməyəcəklər
Türkiyə Ssuperliqasının 8-ci turunda keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" oyununu qonaq komandanın azarkeşləri stadiondan izləyə bilməyəcəklər.
Sportfm.az xəbər verir ki, bu barədə "Beşiktaş" klubu açıqlama yayıb. Aparılan danışıqlardan sonra İlçe İdman Təhlükəsizlik Şurası "Fənərbaxça" fanatlarının derbidə iştirak etməməsi qərarına gəlib. Klublar isə bunun üzərində razılaşıblar. Ona görə də "Vodafon Park" stadionunda keçiriləcək görüş üçün qonaq komanda azarkeşlərinə görə nəzərdə tutulan biletlər "Beşiktaş" tərəfdarlarına satılacaq.
Bildirilir ki, mövsümün ikinci yarısında oynanılacaq "Fənərbaxça" - "Beiktaş" matçına "Beşiktaş" fanatlarının buraxılmayacağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Bu gün derbi var - "Beşiktaş" - "Qalatasaray"
Bu gün derbi var - "Fənərbaxça" - "Beşiktaş"
"Beşiktaş" azarkeşləri stadiona buraxılmayacaq
"Fənərbaxça" "Beşiktaş"a qarşı - İstanbul derbisi
"Fənərbaxça" - "Beşiktaş" oyununun vaxtı dəqiqləşdi - Türkiyə Super liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası















Misli Premyer Liqası