Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Stolüstü tennisçilər Avropanın ən istedadlıları arasında
Yeniyetmə stolüstü tennisçilər Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər.
Sportfm.az xəbər verir ki, istedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərib.
Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.
Oxşar xəbərlər
Tennisçilərimiz Avropa birinciliyində iştirak edəcək
Tennisçilərimiz Çinə yollandı
Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatıldı - FOTO
Azərbaycan millisi “gümüş” qazandı - Europe youth series
Yığmamız Osiyekdə yarımfinala yüksəldi - Europe youth series
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası