“Biz bir ölüb, min dirilərik” devizi ilə tennis turniri keçirilib
Zəfər gününə həsr olunan stolüstü tennis yarışı başa çatıb Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə keçirilən respublika turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışa Bakı, Sumqayıt, Şəki və Şabran idmançıları qatılıblar. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunan yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı iştirakçılar arasında keçirilib. İki gün davam edən yarışın nəticələrinə əsasən oğlanlarların turnirində mükafatlara Şabran təmsilçiləri layiq görülüblər. Vaqif Babayev birinci, Zərbah Muradov ikinci, Həsrət Kamilovla Yasin Zeyni üçüncü yeri tutub. Final görüşündə Rüqəyya Qasımzadəni (Sumqayıt) məğlub edən Xədicə Babazadə (Şəki) qızlar arasında baş mükafata sahib çıxıb. Peykər Vəlizadə (Sumqayıt) ilə Sofiya Trofimenko (Sumqayıt) üçüncü yerdə qərarlaşıb. Turnirin mükafatçılarına Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
Agentliklərin əməkdaşları arasında tennis turniri keçiriləcək
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Kuboku uğrunda yarışlar başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası