reklam
Berti Foqts rekordçular arasında
Sportfm.az xəbər saytı

Berti Foqts rekordçular arasında


Dünya çempionatlarında ən çox ardıcıl oyun keçirmiş futbolçular açıqlanıb.

Sportfm.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) bu il Qətərdə keçiriləcək mundial ərəfəsində tərtib etdiyi siyahıda 15 oyunçu yer alıb.

Sıralamaya İtaliya millisinin və "Milan"ın sabiq üzvü Paolo Maldini başçılıq edir. Veteran müdafiəçi 1990, 1994, 1998 və 2002-ci illərdəki dünya çempionatlarında ümumilikdə 23 ardıcıl görüşdə meydana çıxıb.

Siyahıda Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqtsun da adı var. 2008 - 2014-cü illərdə yığmaya rəhbərlik etmiş almaniyalı mütəxəssis mundiallarda ümumilikdə 19 ardıcl oyun keçirib. Foqts bu göstərici ilə 5 - 9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Oxşar xəbərlər

CR 7-dən yeni dünya rekordu
Lotar Matteus hamıdan öndədir
Berti Foqts millimizin hücumçusu barədə danışdı:"Qol duyumu yaxşıdır"
Berti Foqts Azərbaycana gəlir
Berti Foqts qovuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər