reklam
Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər
Sportfm.az xəbər saytı

Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər


Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun XII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2”  komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2);
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda Təcili  Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2.);

Oyunda Təcili Tibbi Yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);

“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilsin (maddə 54);

“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

MOİK – “Mingəçevir” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilsin (maddə 59.4.);

​“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).

Oxşar xəbərlər

"Turan Tovuz" azarkeşlərinə görə cərimələndi - Qərar
"Neftçi" azarkeşlərinə görə cərimələndi - İntizam Komitəsinin qərarları
I Divizion klublarının cəzaları açıqlandı - 80 manat
Divizion klublarının cəzaları açıqlandı
İntizam Komitəsinin qərarları açıqlandı - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər