Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda oynadılar, Rusiyada ən yaxşı seçildilər
Rusiya Premyer Liqasının ən yaxşı gürcüstanlı legionerləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrin şimal qonşularımızın çempionatına gələn ən yaxşıların siyahısını tərtib edən championat.com portalı Azərbaycanda da oynamış gürcüləri də fərqləndirib.
Belə ki, Rusiya çempionatları tarixinin ən yaxşı gürcüstanlısı Georgi Demetradze seçilib. Karyerasının sonlarında "Bakı”da çıxış edən legionerin Rusiyada ən yaxşı adını qazanmasında "Alaniya” və "Lokomotiv”dəki çıxışının rolu olub.
Bakı "İnter”ində Kaxaber Sxadadzenin güvəndiyi simalardan olan Aleksandr Amisulaşvili siyahıda 6-cıdı. O, "Şinnik”, "Spartak-Nalçik”, "Krasnodar” və "Krılya Sovetov”dakı oyunu ilə diqqətləri çəkib.
Bakı "İnter”ində daha çox oynayan Laşa Salukvadze cədvəldə 10-cudu. Onu "Rubin” və "Volqa”dakı oyunu ilə siyahıya düşüb.
Oxşar xəbərlər
Türk futbolçu ən yaxşı seçildi - İtaliyada
Sxadadzenin ilk sözü: "“Qarabağ”ı Avropa Liqasında göstəridiyi nəticəyə görə təbrik edirəm"
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
Azərbaycanda 4 klubda oynadı, Ermənistana getdi
Avropa Liqasının ən yaxşıları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası