Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Şaxtyor" yarımmüdafiəçisini 100 milyona satır
"Şaxtyor"un idman direktoru Dario Srna komandanın aparıcı üzvü Mixail Mudriki satmağa hazır olduqlarını bildirib.
Sportfm.az xəbər verir ki, Donetsk klubunun xorvatiyalı rəsmisi yarımmüdafiəçini hansı qiymətə satacaqlarını da söyləyib:
"Mudriki transfer etmək istəyən klub böyük məbləğ ödəməlidir. Əks halda, klubun prezidenti onu satmayacaq. Cek Qriliş 100 milyon avrodan yüksək qiymətə satılıb. Mudrikin səviyyəsi isə ondan aşağı deyil".
21 yaşlı yarımmüdafiəçinin “Şaxtyor”la müqaviləsi 2026-cı il, dekabrın 31-də başa çatacaq. Donetsk klubunun yetirməsi olan ukraynalı “Arsenal”(Kiyev) və “Desna”da icarə əsasında çıxış edib.
Oxşar xəbərlər
Klubların yeni metodu - UEFA-nı necə aldadırlar?
Gürcü futbolçunun qiyməti 100 milyon avroya qalxdı
Mudrik üçün 100 milyon avrodan keçdilər - TRANSFER
“Neymar” Premyer Liqa klubunda
Kapitan daha 7 ay futbolsuz qalacaq...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası