reklam
Klubların yeni metodu -
Sportfm.az xəbər saytı

Klubların yeni metodu -UEFA-nı necə aldadırlar?


UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır.

Sportfm.az xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.

Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.

FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.

Qeyd edək ki, “Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.

 

Oxşar xəbərlər

Mudrik üçün 100 milyon avrodan keçdilər - TRANSFER
“Neymar” Premyer Liqa klubunda
"Şaxtyor" yarımmüdafiəçisini 100 milyona satır
UEFA maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirəcək
Premyer Liqa klubuna transfer qadağası qoyula bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər