Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda mini-futbol üzrə yeni turnir start götürəcək
Aprel ayının sonlarında paytaxtımızda mini-futbol üzrə yeni birincilik start götürəcək.
Sportfm.az xəbər verir ki, şirkətlər arasında baş tutacaq turnir Bakı Aquatic Palace-nin meydançalarında baş tutacaq. Turnirin keçirilmə şərtləri və qaydaları ilə ətraflı aşağıdakı tanış ola bilərsiniz.
1. Turnirin adı – "Comp Cup – 2017”
2. Turnirin keçiriləcəyi tarix – Aprel, may 2017
3. Turnirin iştirakçıları – Ölkəmizdə fəaliyyət göstərən şirkətlər
4. Turnirin reqlamenti – Qrup mərhələsi və "play-off” matçları
5. Turnirin keçiriləcəyi məkan – Baku Aquatics Palace
6. Turnirin təşkilatçıları – KATV 1 , United Sport, Çeşmə suları.
7. İnformasiya dəstəyi – Sportfm kanalı, sportfm.az, olimpiya.az, prosport.az
Turnirin keçirilmə qaydaları
1. Komandaların iştirak ərizələrində maksimum 9, minimum 7 oyunçu sifariş edilməlidir.
2. Heyətdə yer alan oyunçular şirkətin işçiləri olmalıdır (onların şirkətlə bağlılığını təsdiq edən sənədlər təqdim edilsin).
3. Nömrəli forma dəsti mütləqdir (şort, futbolka. Yalnız qapıçılar idman şalvarı geyinə bilər).
4. Meydançada 6 oyunçu yer alır (1 qapıçı + 5 oyunçu).
5. Oyunları 1 mərkəz hakimi idarə edəcək.
6. Qrup oyunları hər hissəsi 20 dəqiqə olmaqla 2 hissədən ibarət olacaq (fasilə 3 dəqiqədən ibarətdir).
7. "Play-off” oyunları hər hissəsi 20 dəqiqədən ibarət olmaqla 2 hissədən ibarət olacaq. Əlavə vaxt hər hissəsi 5 dəqiqədən ibarət olmaqla 2 hissədən ibarət olacaq. Qalib müəyyənləşmədiyi halda hər komanda 3 penalti vurmaq hüququna malikdir. Bu halda belə bərabərlik pozulmasa bir-bir penaltilər yerinə yetiriləcək.
8. Əvəzetmə limitsizdir (hakimə bildirməklə əvəzetmə reallaşa bilər).
9. Turnirdə iştirak üçün üzvlük haqqı 300 AZN-dir (ödəniş - iştirak ərizələrinin təqdim edilməsi üçün nəzərdə tutulan son günə(saat 18:00-a qədər verilməlidir).
10. İştirak ərizlərini sportfm.az@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.
11. İştirak ərizəsini aşağıdakı formaya uyğun doldurmağınız xahiş olunur.
12. İştirak ərizələrini təqdim etmək üçün son tarix 20.04.2017 saat 18:00.
13. Turnirin püşkatması 22.04.2017 (məkan və saatı iştirakçılara öncədən bildiriləcək).
14. Turnirin start götürmə vaxtı püşkatmadan sonra komandaların nümayəndələrinə bildiriləcək.
15. Əlaqə nömrələri 0505919119; 0554297453
Turnirin rəsmi facebook səhifəsi https://www.facebook.com/Comp-Cup-169458590242045/?fref=ts
[img]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/17634636_169459513575286_8207068771031941065_n.jpg?oh=acfc04d89260d64ff0cdce5235dfe456&oe=599347CB[/img]
Oxşar xəbərlər
Avro-2024-lə bağlı yeni qərar - RƏSMİ
Elnur Əşrəfoğlunun xatirəsinə “Media turniri-5” keçiriləcək
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Mini-qolf üzrə turnir keçirildi - FOTO
AFFA yanında Media Komitəsinin mini-futbol turnirinin vaxtı və keçirilmə qaydaları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası