Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA yanında Media Komitəsinin mini-futbol turnirinin vaxtı və keçirilmə qaydaları
Mayın 9-da AFFA yanında Media Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə mini-futbol turniri keçiriləcək. Sportfm.az saytı sizləri turnirin keçirilmə qaydaları ilə tanış edir:
* Turnirin olimpiya (uduzan çıxır), yoxsa qrup sistemi üzrə keçiriləcəyi iştirakçı sayı dəqiqləşəndən sonra açıqlanacaq.
* Mayın 8-i, saat 21.00 turnirdə iştirakı və forma rənglərini təsdiqləmək üçün son andır. Forma ilə bağlı çətinliklə üzləşənlərə tərlik veriləcək.
* Oyunlar AFFA-nın binasının arxasındakı süni örtüklü meydançada, mayın 9-u saat 10.00-13.00 (ehtiyac yaranarsa, 14.00) aralığında keçiriləcək.
* Hər oyun 20 dəqiqəlik bir hissədən ibarətdir. Oyunlararası fasilə 5 dəqiqə olacaq.
* Hər komandanın oyun ərzində 1 (bir) dəfə "taym-aut” götürməsinə icazə verilir. Bu müddətdə oyunun vaxtı saxlanılır.
* Oyun zamanı texniki zonada hər komandadan yalnız 1 (bir) nəfər mülki geyimli şəxsin dayanmasına icazə verilir.
* Oyunun gedişində futbolçu dəyişikliyinə məhdudiyyət qoyulmur.
* Qapıçı 4 saniyədən artıq topu özündə saxlaya bilməz. Bu qayda aut atışları zamanı da qüvvədədir.
* Meydanda futbolçuların sayı 5 sahə oyunçusu və 1 qapıçıdan ibarət olacaq.
* Heç-heçə bitən oyundan dərhal sonra penalti seriyası (5 zərbə) başlayacaq.
* Oyun zamanı 5 cərimə zərbəsindən sonra növbəti cərimə 10 metrlik zərbə ilə tamamlanacaq.
* Komanda sifariş vərəqəsinə maksimum 10 (on) futbolçunun adını daxil edə bilər. Oyunun protokoluna da 10 futbolçunun adı və soyadı yazılmalıdı.
* Oyunun startına 5 dəqiqə qalmış protokol kapitanlar tərəfindən doldurulmalıdır.
* Protokolu əvvəlcə nominal meydan sahibi komandanın kapitanı doldurmalıdır.
* Oyuna çıxmayan komandaya texniki məğlubiyyət verilir (0:5 hesabı ilə).
* Oyun vaxtı meydanda olan komandanın heyətində adı iştirak ərizəsinə salınmayan futbolçu aşkarlanarsa, həmin komandaya texniki məğlubiyyət veriləcək.
* Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş iki hakim idarə edəcək.
* Ardıcıl iki oyunda sarı vərəqə alan futbolçu növbəti oyunu buraxır. Qırmızı vərəqə alan isə avtomatik növbəti oyunu buraxır.
* Adı sifariş ərizəsinə salınan futbolçunun PFL akkreditəsi olması vacib deyil. Amma komandalar sifariş ərizəsini təqdim edərkən hər futbolçunun soyad, ad, ata adını və çalışdığı qurumda daşıdığı vəzifəni tam göstərməlidir. Yaradıcı işçilərə üstünlük vermək tövsiyə olunur. İştirak ərizəsində qapıçını və kapitanı göstərməyiniz xahiş olunur.
Qeyd: PFL akkreditəsinin vacib olmaması ilə bağlı qeyd müəyyən söz-söhbət doğurduğuna görə bu məsələ Təşkilat Komitəsinin sabahkı iclasında bir daha müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
İki komandaya texniki məğlubiyyət verildi - Qərar
Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək
"Zirə"yə texniki məğlubiyyət verildi
“Neftçi” yenə cərimə olundu
Bakıda mini-futbol üzrə yeni turnir start götürəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası