De Byazi Şahruddindən danışdı
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin klubun Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnməsi barədə danışıb.
Sportfm.az xəbər verir ki, bir neçə gün əvvəl 28 yaşlı qolkiperin qolu sınıb. O, bu gün əməliyyat olunmaq üçün Almaniyaya yollanıb. De Byazi isə Şahruddinlə danışdığını bildirib: "Şahruddinlə danışdıq. O, çox məyusdur ki, belə durumla üzləşib. Şahruddin daha əvvəl zədə aldığı qolundan zədələnib. Ümid edirəm ki, o, tezliklə sağalacaq. Nə vaxt sağalacağını bilmirəm. Amma onunla söhbət edəndə dedim ki, narahat olma, vaxtını səmərəli keçir. Mənim komandamda olacaqsan. Şahruddini kimin əvəzləyəcəyi haqda suala isə cavab verə bilmərəm".
Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində martın 24-ü Avstriya, 27-si isə İsveçin qonağı olacaq.
Oxşar xəbərlər
Canni De Byazi Azərbaycanda qalmaq istəmir - Özü açıqladı
“Qarabağ”da Şahruddin şoku
Canni De Byazi favoritini açıqladı - "Ən çox inandığım komanda İspaniyadır"
De Byazi püşkü dəyərləndirdi - "Asan qrup deyil"
Canni De Byazi hakimlərlə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası