reklam
Türkiyə klubu heyətini gücləndirdi
Sportfm.az xəbər saytı

Türkiyə klubu heyətini gücləndirdi


Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Şerif Ndiayeni transfer edib.

27 yaşlı forvard Çinin “Şanxay Port” klubundan mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Ndiaye 2022-ci ilin aprel ayında Türkiyənin “Göztəpə” klubundan 1.2 milyon avro qarşılığında “Şanxay Port”a keçmişdi. O, sözügedən komandada meydana çıxdığı 24 oyunda 9 qol vurub. Ndiaye daha öncə “Göztəpə”dən əlavə Belçikanın “Vasland Beveren” və Xorvatiyanın “Qoritsa” klublarının da formasını geyinib.

Adana təmsilçisi Ndiayenin gəlişindən sonra hücumçusu Britt Assombalonqa ilə yollarını ayırıb. Konqolu futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Assombalonqa 2021-ci ilin iyul ayında “Midlsbro”dan azad agent kimi Adana təmsilçisinə keçmişdi. O, bu komandada bütövlükdə 54 oyuna çıxıb, 18 qol vurub.

Oxşar xəbərlər

“İstanbulspor”da 3 yeni futbolçu - TRANSFER
Emrecan "Beşiktaş"ı tərk etdi
Amin üçün 11 milyon avro - TRANSFER
Balotelli Türkiyədən getdi - Transfer
Türkiyədə "Adana şoku" davam edir - Yeni keçid

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər