reklam
Emrecan
Sportfm.az xəbər saytı

Emrecan "Beşiktaş"ı tərk etdi


“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi “Beşiktaş”dan Emrecan Uzunhanı, Macarıstanın “Pakş” klubundan isə Balint Şabonu icarəyə götürüb.

Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq. Amma Şabo satınalma şərti ilə icarəyə götürülüb.

Şabo Macarıstanın “Fehervar” klubunun yetirməsidir. O, ölkəsində “Budaerş” və “Kapoşvar”ın da formasını geyinib. 22 yaşlı mərkəz yarımmüdafiəçisi “Pakş”da 50 oyuna 6 qol vurub.

Emrecan isə “Qalatasaray” və “İstanbulspor”un yetirməsidir. “Beşiktaş” onu 2022-ci ilin iyul ayında “İstanbulspor”dan 2 milyon avro qarşılığında transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “qara qartallar”ın heyətində 6 matça çıxıb.

Oxşar xəbərlər

"Beşiktaş"ın futbolçusu Diniyevlə oynayacaq - TRANSFER
“İstanbulspor”da 3 yeni futbolçu - TRANSFER
Amin üçün 11 milyon avro - TRANSFER
Türkiyə klubu heyətini gücləndirdi
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər