“Təhsil”dən böyükhesablı qələbə -Azərbaycan çempionatı
Kişi həndbolçulardan ibarət Azərbaycan çempionatında 13-cü və 14-cü turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, 13-cü turun oyunlarından əvvəl Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İlk görüşdə “İdman Akademiyası” “Bakı”nı 36:31 hesabı ilə məğlub edib. “Təhsil” RİOEUGİM-i böyük hesabla üstələyib – 55:29.
14-cü tur da favoritlərin qələbəsi ilə başa çatıb. “Təhsil” RİOEUGİM-ə qalib gəlib – 58:31. “İdman Akademiyası” isə “Bakı”nı məğlubiyyətə uğradıb – 39:25
“İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür. “Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı
Təxirə salınmış oyunların qalibləri məlum oldu - Azərbaycan çempionatı
Azərbaycan çempionatında daha iki turun oyunları baş tutdu
Daha iki qələbə - Azərbaycan çempionatı
Yığmamız 33 top buraxdı - Tura baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası