“Neftçi” rəqibindən gücsüz oldu
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Sportfm.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 8-ci turun ilk matçı “Neftçi” və “Xarı bülbül” komandaları arasında olub.
Günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub. İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib – 3:0 (25:22, 25:20, 25:18).
Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub – 3:0.
Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Yüksək Liqa
8-ci tur
17 fevral
Neftçi – Xarı bülbül 0:3 (22:25, 20:25, 18:25)
MOİK – Murov 0:3 (13:25, 18:25, 08:25)
Oxşar xəbərlər
“Xarı bülbül” MOİK-dən üstün oldu
Liderdən növbəti qələbə - Yüksək Liqa
“Neftçi” rəqibini məğlub etdi - Yüksək Liqası
“Murov” "əsgərləri" məğlub etdi - Yüksək Liqa
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası