Atsu dağıntılar altında qaldı -VİDEO
Xəbər verdiyimiz kimi, “Hatayspor"un futbolçusu Kristian Atsu zəlzələdə həlak olub.
Sportfm.az xəbər verir ki, onun dağıntılar altında qalan cəsədi tapılıb.
Qeyd edək ki, fevralın 6-sı səhər təzdən baş verən zəlzələdən saatlar öncə, fevralın 5-də Atsu “Hayayspor”la oyuna çıxıb. Superliqanın 22-ci turunda “Kasımpaşa”ya qarşı görüşdə 31 yaşlı qanalı hücumçu hətta komandasının qələbə qolunu vurub. O, 1:0 hesabı ilə yekunlaşan matçın 90+7-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənib.
“Hatayapor”un rəsmisi Fatih İlek bildirib ki, zəlzələ günü Atsunun ailəsinin yanına getmək üçün təyyarə bileti olub. Amma o, sözügedən matçda qol vurduğundan bileti ləğv edib və komanda yoldaşları ilə qalaraq qələbəni bayram etməyə qərar verib.
Beləliklə, onun sevincli günü saatlar sonra faciəyə çevrilib…
Atsunun son qolu
Oxşar xəbərlər
Atsunun vida mərasiminə ölkə prezidenti qatıldı
“Hatayspor” rəsmisi zəlzələdə ölüb
Daha 3 futbolçu zəlzəldə həyatını itirdi
Qanalı futbolçu dağıntıların altından çıxarıldı
"Hatayspor" idman direktoru və oyunçusu dağıntılar altında qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası