Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır -"Mübarizlər" turniri
12 martda "Abşeron" Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyasının "Mübarizlər" İdman Klubunun açıq birinciliyi keçiriləcək.
Sportfm.az xəbər verir ki, saat 14:00-da start götürəcək yarışda 400-ə qədər idmançının iştirakı gözlənilir. Bölgələrimizdən olan kikboksçuların da mübarizə aparacağı turnirdə 10-11 mart tarixlərində çəkilərin ölçülməsi, püşkatma və protokolların tərtibi olacaq. Yarış kikboksinqin WAKO versiyası kik-layt və lou-kik qaydalarına uyğun olaraq baş tutacaq.
Qeyd edək ki, yarışda hər komandadan bir çəki dərəcəsində yalnız 4 idmançı iştirak edə bilər.
Oxşar xəbərlər
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qızıl medalları qazandı - Turnir
Azərbaycan çempionatında 100-ə yaxın idmançı mübarizə aparacaq
Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Sumqayıtdakı K-1 beynəlxalq turnirinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası