reklam
Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək
Sportfm.az xəbər saytı

Dünya çempionatında Azərbaycanı 12 idmançı təmsil edəcək


Noyabrın 23-dən dekabrın 1-dək Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı 12 idmançı təmsil edəcək. Milli komandamızın tərkibində “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov da iştirak edəcək.

Qeyd edək ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında E.Məmmədov kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb. O, budəfəki dünya çempionatında kik-layt versiyası üzrə mübarizə aparacaq.

Komandamız Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev və birinci vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında yarışacaq.

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qızıl medalları qazandı - Turnir
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”
Kikboksçularımız dünya çempionatında fərqləndilər
"Ağ canavar" - Eduard Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər