20 min azarkeşə təzminat ödəniləcək
UEFA İngiltərənin "Liverpul" klubunun 20 minə yaxın azarkeşinə təzminat ödəyəcək.
Sportfm.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə İngiltərə "Liverpul"u ilə İspaniya "Real Madrid"i arasında keçirilən Çempionlar Liqasının final oyunundan öncə baş vermiş insidentdir.
Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılmış qarşılaşma təhlükəsizlik problemləri səbəbindən 36 dəqiqə gec başlayıb. Polislər arenaya soxulmaq istəyən Mersisayd təmsilçisinin azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.
UEFA-nın hesabatını araşdıran müstəqil ekspert komissiyası iğtişaşlara görə ilk növbədə qurumun məsuliyyət daşıdığını bildirib.
Beləliklə, stadiona daxil ola bilməyən ümumilikdə 19 618 fanatın bilet üçün ödədiyi məbləğ geri qaytarılacaq. "Daily Mail" nəşrininin iddiasına görə, final oyununa ən ucuz biletlərin qiyməti 70 avro, ən bahalısı isə 690 avro olub. Bundan belə nəticə çıxır ki, UEFA-nın ödənişləri təxminən 3,4 milyon avro təşkil edəcək.
Qeyd edək, "Liverpul" - "Real Madrid" matçı "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
UEFA Rusiyaya təzminat ödədi
"Real" 14-cü dəfə Çempionlar Liqasını qazandı
Bu gün final oyunu keçiriləcək - Çempionlar Liqası
Final oyununun topu təqdim olundu - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası