Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ella və Nərgiz aqressiv davrandı, AFFA cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin qərarları açıqlanıb.
Sportfm.az xəbər verir ki, Region Liqasında 25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Şirvanovka” komandasının heyətində 8 nömrəli futbolçu İqrar Səmədov qarşılaşmanın 87-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. (maddə 47.2)
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının heyətində 22 nömrəli futbolçu Fərid Bədəlov qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. (maddə 41.3)
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının 44 nömrəli futbolçusu Anar Məmmədov qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3)
25 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şirvanovka” – “Difai” oyununda “Difai” komandasının 19 nömrəli futbolçusu Bayram Paşazadə qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3)
Gənclər Liqası
26 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Turan Tovuz” FK - İCBFA oyununda İCBFA komandasının heyətində 6 nömrəli futbolçu Alireza Rahimi qarşılaşmanın 84-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Neftçi” PFK – “Sabah” FK oyununda “Sabah” komandasının heyətində 12 nömrəli futbolçu Emil Həbibov qarşılaşmanın 89-cu dəqiqəsində rəqibi təpiklə vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 37.2)
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Qarabağ” komandasının heyətində 16 nömrəli futbolçu Cəfər Həsənov qarşılaşmanın 87-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 32 nömrəli futbolçu Elşən Mirzəyev qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK – “Şamaxı” FK oyununda “Zirə” PFK komandasının heyətində 33 nömrəli futbolçu İslam Nəcəfli qarşılaşmanın 65-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
16 mart 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK – “Şamaxı” FK oyununda “Şamaxı” FK komandasının heyətində 17 nömrəli futbolçu Fərid Tağıyev qarşılaşmanın 65-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
18 mart 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandasının heyətində 4 nömrəli futbolçu Ziya Qurbanov qarşılaşmanın 67-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
25 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Neftçi” İK İB – “Şamaxı” FK oyununda “Neftçi” İK İB komandasının heyətində 5 nömrəli futbolçu Murad Mikayılov qarşılaşmanın 49-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şamaxı” – “Şimal Elit” oyununda “Şamaxı” komandasının heyətində 4 nömrəli futbolçu Akif Mustafayev qarşılaşmasının 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Şamaxı” – “Şimal Elit” oyununda “Şimal Elit” komandasının heyətində 11 nömrəli futbolçu Renat Sultanov qarşılaşmanın 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
18 mart 2023-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Ağ Şəhər” – “Neftçi” İK İB oyununda “Ağ Şəhər” komandasının heyətində 5 nömrəli futbolçu Murad Piriyev qarşılaşmanın 33-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
18 mart 2023-cü il tarixində U-15 Liqasında keçirilməli olan “Atletiko Baku” – “Zaqatala” qarşılaşması “Zaqatala” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matçın baş tutmamasına görə “Zaqatala” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1)
18 mart 2023-cü il tarixində U-14 Liqasında keçirilən “Çinar” (Gəncə) – “Ulduz” (Mingəçevir) oyununda Ulduz (Mingəçevir) komandasının heyətində 1 nömrəli futbolçu Elcan Hacıyev qarşılaşmanın 74-cü dəqiqəsində aqressiv davranışa (rəqibi bilərəkdən vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 37.1)
18 mart 2023-cü il tarixində U-14 Liqasında keçirilən “Çinar” (Gəncə) – “Ulduz” (Mingəçevir) oyununda “Çinar” (Gəncə) komandasının heyətində 10 nömrəli futbolçu Amin Rzayev qarşılaşmanın 74-cü dəqiqəsində aqressiv davranışa (rəqibi bilərəkdən vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 37.1)
18 mart 2023-cü il tarixində U-12 Liqasında keçirilməli “Sumqayıt City” - UGİM-2 (Sumqayıt) qarşılaşması UGİM-2 (Sumqayıt) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matçın baş tutmamasına görə UGİM-2 (Sumqayıt) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1)
UGİM-2 (Sumqayıt) komandası 2-ci dəfədir ki, oyuna gəlmir.
19 mart 2023-cü il tarixində U-12 Liqasında keçirilən “Qarabağ” FK – “Zirə” PFK oyununda “Qarabağ” FK komandasının heyətində 16 nömrəli futbolçu Bayram Məmmədli qarşılaşmanın 15-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
18 mart 2023-cü il tarixində U-10 Liqasında keçirilməli olan UGİM (Tovuz) – “Qazax Gəncləri” qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmamasına görə UGİM (Tovuz) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1)
Futzal
16.03.2023-ci il tarixində keçirilən “Alyans” – U-19 oyununda, U-19 komandasının oyunçusu Sunay Həsənov oyunun 35:41-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1)
19.03.2023-cü il tarixində U-17 Qızlar Liqasının “Baku Sporting” FK – “Fidan” (Bakı)
Oyununda “Baku Sporting” komandasının 8 nömrəli oyunçusu Ella Əmirova oyunun 98-ci dəqiqəsində aqressiv davranışlarına görə birbaşa qırmızı vərəqə alaraq oyun meydanından kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
19.03.2023-cü il tarixində U-17 Qızlar Liqasının “Baku Sporting” FK – “Fidan” (Bakı)
oyununda “Fidan” komandasının 15 nömrəli oyunçusu Nərgiz Müzəffərli oyunun 98-ci dəqiqəsində aqressiv davranışlarına görə birbaşa qırmızı vərəqə alaraq oyun meydanından kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 37.1)
Oxşar xəbərlər
“Kəpəz” azarkeşlərinə görə cəzalandı
Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər
Futzal komandası meydana buraxmağa adam tapmadı, AFFA texniki məğlubiyyət verdi
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası